• 27 Aprel 2024
logo
Bakıda soyğunçuluq edən şəxs saxlanıldı - Video

Bakıda soyğunçuluq edən şəxs saxlanıldı - Video

Bakının Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib.

DİN-dən Baymedia.az-a verilən məlumata görə, naməlum şəxs zərərçəkənə yaxınlaşaraq onun mobil telefonunu və içərisində sənədləri olan çantasını talayıb. Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Sərxan Mustafayev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.