• 19 Aprel 2024
logo
İƏT ölkələrinin turizm nazirləri Şuşaya səfər edəcəklər

İƏT ölkələrinin turizm nazirləri Şuşaya səfər edəcəklər

“Biz İƏT-ə üzv ölkələrlə ikitərəfli münasibətlərimizə xüsusi diqqət yetiririk”.
Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin turizm nazirlərinin 11-ci sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, bu gün Azərbaycana səfər edən turistlərin 55 faizini İƏT ölkələrindən gələnlər təşkil edir:
"Pandemiya turizmə böyük zərər vurub. Post-pandemiya bu sahənin inkişafı üçün yeni çağırışlar dövrüdür. Qarşılıqlı fəaliyyətlərimiz turizmin dayanıqlılığını gücləndirməyə imkan verəcək”.
Agentlik sədri deyib ki, Azərbaycan 30 illik işğala son qoyaraq torpaqlarını azad edib:
“Lakin bu müddət ərzində Qarabağın mədəni, dini abidələrinin əksəriyyəti məhv edilib. Hazırda işğaldan azad edilmiş torpaqlarda iri miqyaslı bərpa-quruculuq işləri aparılır. Sabah Şuşaya səfərimiz zamanı görülən quruculuq işləri ilə tanış ola biləcəksiniz".