• 7 Oktyabr 2026
logo
Balerina Rəfiqə Axundova vəfat edib

Balerina Rəfiqə Axundova vəfat edib

Azərbaycanın Xalq artisti, görkəmli balerina və xoreoqraf Rəfiqə Axundova bu gün İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Bu barədə Baymedia.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Onunla vida mərasimi saat 12:00-da Təzə Pir məscidində olacaq. Dəfn isə saat 14:00-a nəzərdə tutulub.

***

10:03

Azərbaycanın Xalq artisti, görkəmli balerina və xoreoqraf Rəfiqə Axundova vəfat edib.

Bu barədə Baymedia.az-a Bakı Xoreoqrafiya Akademiyasından məlumat verilib.

Qeyd edilib ki, 93 yaşlı xoreoqraf uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkirdi.