Əfqanıstanda sülh bərqərar olunub və bu, ölkənin dünya ticarətinin tranzit mərkəzinə çevrilməsi üçün şərait yaradır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Əfqanıstan üzrə Məsləhətləşmələrin Moskva Formatı iclasının yekunlarına dair jurnalistlərə İslam Əmirliyinin Xarici İşlər Nazirliyinin rəhbəri Əmir Xan Muttaqi bildirib.
"Son zamanlar Əfqanıstanda sülh bərqərar olub, hərbi əməliyyatlar dayanıb və indi Əfqanıstan dünya ticarəti, iqtisadi sahədə əməkdaşlıq, transmilli və trans-əfqan iqtisadi layihələrinin icrası üçün tranzit mərkəzinə çevrilə bilər. Əfqanıstanda son 50 ildə belə dinc şərait olmayıb", - deyə o bildirib.
Məryəm Quliyeva