• 27 İyul 2024
logo
Emi Uaynhaus barədə filmin nümayiş etdiriləcəyi tarix bəlli olub

Emi Uaynhaus barədə filmin nümayiş etdiriləcəyi tarix bəlli olub

Britaniyalı müğənni Emi Uaynhaus barədə çəkilişləri tamamlanan bioqrafik ”Normal həyata qayıdıram” filminin nümayiş etdiriləcəyi tarix məlum olub.

Baymedia.az xarici KİV-ə istinadla xəbər verir ki, Sem Teylor-Consonun filmi kinoteatr ekranlarına 2024-cü il aprelin 12-də çıxacaq.

Filmin çəkilişlərinə bu ilin əvvəlində Londonda başlanıb. Kino lenti 2018-ci ildən bəri mərhum müğənninin ailəsinin göstərdiyi dəstək əsasında ərsəyə gəlib. Filmdə müğənninin mahnıları səslənəcək. Layihənin yaradılması ilə “StudioCanal”, “Focus Features” və “Monumental” prodakşn şirkəti məşğul olublar.

Ekran əsərində baş rolu “İndustriya” serialından tanınan Marisa Abela canlandırıb. Filmin aktyor heyətinə müvafiq olaraq, müğənninin keçmiş ərini, atasını və nənəsini oynayan Cek O’Konnell, Eddi Marsan və Lesli Menvill daxildirlər.