• 7 Oktyabr 2026
logo
Tanınmış repçi Bakıda konsert verəcək

Tanınmış repçi Bakıda konsert verəcək

Ca Kalib (Jah Khalib) kimi tanınan hip-hop ifaçısı, repçi Bəxtiyar Məmmədov Bakıda konsert verəcək.

Baymedia.az xəbər verir ki, bu barədə İticket.az saytı məlumat yayıb.

Məlumata görə, konsert gələn il martın 3-ü Bakı Konqres Mərkəzində baş tutacaq.

Qeyd edək ki, biletlərin qiyməti 65-325 manat arası dəyişir.