Tanınmış türk aktyor Ufuk Özkan üçüncü dərəcəli sirrozdan əziyyət çəkdiyi üçün donor tapılmasa, 1 ilə ölə bilər.
Baymedia.az xəbər verir ki, bu barədə “Hürriyyət” məlumat yayıb.
Məlumata görə, sənətçiyə orqan transplantasiyası edilməsə, 9-12 ay yaşaya biləcək. Aktyor bu əməliyyatın həyata keçirilməsi üçün artıq növbəyə durub. Onun yanlış pəhriz səbəbindən immunitet sisteminin pozulduğu deyilir.
Qeyd edək ki, aktyor rol aldığı üç film çəkilişini də təxirə salmalı olub.