• 24 Aprel 2024
logo
Azərbaycanlı şairin kitabı Türkiyədə nəşr olunub

Azərbaycanlı şairin kitabı Türkiyədə nəşr olunub

Azərbaycan Yazıçılar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü, Azərbaycan Respublikası Prezidentinin Fərdi Təqaüd Fondunun təqaüdçüsü, müxtəlif beynəlxalq şeir müsabiqələrinin qalibi, tanınmış şair Rəsmiyyə Sabirin Türkiyənin paytaxtı Ankara şəhərində yeni – “Yerlə göy arasında” şeirlər kitabı nəşr olunub.
Kitab Kərkük Kültür Dərnəyinin dəstəyi ilə nəşr edilib. Kitabın ön söz yazarı və redaktoru Kərkük Kültür Dərnəyinin sədri, tanınmış yazar, jurnalist, tədqiqatçı Şəmsəddin Kuzəçidir. Kitabda şairin Allah, Vətən, ana, torpaq, sevgi mövzularında müxtəlif illərdə qələmə aldığı şeirlər yer almışdır. “Yerlə göy arasında” kitabı Rəsmiyyə Sabirin sayca səkkizinci, Türkiyədə nəşr olunan ikinci kitabıdır. Şairin 2011-ci ildə Türkiyədə “Sahilsiz adam” şeirlər kitabı da işıq üzü görüb.