• 19 Mart 2024
logo
Oqtay Əliyevin dəfn yeri dəqiqləşdi

Oqtay Əliyevin dəfn yeri dəqiqləşdi

10:32
Oqtay Əliyevin dəfni ilə bağlı ailə üzvləri onun "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılmasını istəyirlər.
Baymedia.az xəbər verir ki, bu barədə əməkdar artist Dilarə Əliyevanın qardaşı Vüsal Murtuzəliyev Teleqraf.com-a açıqlamasında deyib.
“Amma daha öncə fikrimiz onu Mehdiabad məzarlığında dəfn etmək idi, çünki onun nənəsi həmin yerdə dəfn olunub. Bacım Dilarə dedi ki, Oqtay Əliyev hörmətli adamdır, fəxri titulu var, ona görə də onun "Qurd qapısı" qəbiristanlığında dəfn olunmasını istəyir. Mədəniyyət Nazirliyindən dəfnlə bağlı cavab gözləyirik", - Vüsal Murtuzəliyev bildirib.
***
Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyevin dəfn yeri dəqiqləşib.
Onun həyat yoldaşı Dilarə Əliyevanın istəyi ilə mərhum "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.
O, əməkdar artist Tünzalə Əliyevanın qəbrinə yaxın ərazidə torpağa tapşırılacaq.
Qeyd edək ki, Oqtay Əliyevin idarə etdiyi “Toyota Leksus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Avtomobildə xalq artisti Mehriban Zəki yaralanıb, Dilarə Əliyeva isə yüngül xəsarət alıb.