• 18 Aprel 2024
logo
Leonardo da Vinçinin anası çərkəz olub - Alim

Leonardo da Vinçinin anası çərkəz olub - Alim

Leonardo da Vinçinin anası çərkəz olub.
Baymedia.az xəbər verir ki, bu barədə italyan yazıçısı və ədəbiyyat professoru Karlo Veççe məlumat verib.
Veççe Florensiya Dövlət Arxivində Leonardonun anadan olmasından təxminən altı ay sonra, 1452-ci ilin noyabrında bir qadının azad edilməsinə dair imzalanmış sənəd aşkar edib.
Notariusda onun Yakov (Yaqub) adlı çərkəz şahzadəsinin qızı olduğu yazılıb. Sənədi gələcək rəssamın atası notarius Pyer da Vinçi imzalayıb.
Alim bildirib ki, Katerina adlı qadın Qafqazdan Venesiya vasitəsilə Florensiyaya qul kimi gətirilib. Toskana şəhərində o, toxucu işləyib.
Veççe Leonardonun qadının ilk övladı olmadığını da iddia edib.