• 20 Aprel 2024
logo
Ququş şahçıların kampaniyasına qarşı çıxdı

Ququş şahçıların kampaniyasına qarşı çıxdı

Əslən azərbaycanlı olan və ABŞ-da yaşayan tanınmış müğənni Ququş Rzanın Pəhləvinin xeyrinə başladılan "Mən vəkalət verirəm" kampaniyasına qarşı çıxıb.
Baymedia.az xəbər verir ki, azərbaycanlı müğənni Tehran rejiminə həqiqi müxalif olanların vəkalət verməyə ehtiyac duymadıqlarını bildirib.
"Yazdım ki, yadigar kimi qalsın. Bu ana qədər xalqın sözü, şüarları nə olub? “Qadın, həyat, azadlıq” və “İslam Respublikasına ölüm”. Bu, nə yeni həştəq, nə də mənim mühacirətdə olan bir sənətçi kimi kiməsə vəkalət verməyimi tələb edir. İran hökumətinə həqiqi müxaliflərinin heç birinin vəkilə ehtiyacı yoxdur. Bu qatarın hara getdiyini hələ də bilmirəm, ancaq mənim hədəfim azadlıqdır. Gəlin bu yolda yoldaş olaq", - Ququş bildirib.