• 21 May 2024
logo
Çingiz Abdullayevi onlar zəhərləyib...

Çingiz Abdullayevi onlar zəhərləyib...

Çingiz Abdullayev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hələ ki bu qədər bilirik. Adının əvvəlinə heç bir təyin yazmıram. Sadəcə Çingiz Abdullayev. O zəhərlənib.

Və əslində bu xəbər təzə deyil. Neçə müddətdir ki, Çingiz Abdullayev zəhərlənirdi, onu zəhərləyirdilər.

Cahillər zəhərləyirdi.

Avamlar zəhərləyirdi.

Amma diaqnoz bu günlərdə təsdiqləndi. Ç. Abdullayevi Ədəbiyyatı yox, “gədəbiyyatı” seçənlər zəhərləyirdilər. Yenə də sakitləşmirlər. Yazıçının vəziyyəti ağırdır, amma mənəvi vəziyyəti daha ağır olan “xəstələr” var ki, ondan əl çəkmirlər.

Cızmaqaragüruhçular yenidən sosial şəbəkələri öz nəfəsləri ilə zəhərləyirlər. Hətta Yazıçımıza ölüm arzulayanlar var. Bu bədbəxtlər anlamırlar ki, Çingiz Abdullayevə bu saat şəfa arzulamaq, dua etmək sadəcə vicdanlı olmaqdır.

Şərəfli olmaqdır.

İnsan olmaqdır.

Azərbaycanlı olmaqdır. Özümüzü Şərəfli- Vicdanlı- İnsan- Azərbaycanlı- olmaqdan məhrum etməyək.

İyrənc olmayaq!

Mir Şahin