Tramp administrasiyası minlərlə miqrantı, ukraynalılar da daxil olmaqla, gizli şəkildə Quantanamo həbsxanasına köçürməyi planlaşdırır.
APA “Washigton Post”a istinadən xəbər verir ki, ABŞ-da qeyri-qanuni şəkildə yaşayan 9,000-ə yaxın xarici vətəndaşın köçürülməsi üçün hazırlıqlar artıq başlayıb.
Rəsmilərin bildirdiyinə görə, administrasiya aralarında Britaniya, Fransa və İtaliya vətəndaşları da olan bu şəxslərin öz ölkələrinə məlumat verilmədən Quantanamo həbsxanasına göndərilməsini planlaşdırır.
Tramp administrasiyası ABŞ-da qeyri-qanuni yaşayan minlərlə xarici vətəndaşın Kuba ərazisindəki ABŞ hərbi bazası olan Quantanamo körfəzinə köçürülməsinə bu həftədən başlamağa hazırlaşır.
Köçürülməsi planlanan şəxslərin siyahısında Almaniya, İrlandiya, Belçika, Niderland, Litva, Polşa, Türkiyə və Haiti vətəndaşları da var.