Ukraynanın Rusiya ilə danışıqlarda güzəştə getmək istəməməsi Kiyev üçün yalnız növbəti ərazi itkilərinə səbəb olacaq.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu "Wall Street Journal" nəşrinə müsahibəsində Rusiya prezidentinin köməkçisi Vladimir Medinski deyib.
Onun sözlərinə görə, Moskva cavab verməyə məcbur olacaq.
Medinski qeyd edib ki, Ukrayna danışıqlara hazır olmadığını bildirir. Onun fikrincə, bu cür taktika hazırkı münaqişə çərçivəsində qonşu ölkələrini vəziyyətini pisləşdirə bilər.
"Biz sülh istəyirik. Ukrayna digər dövlətlərin maraqlarını rəhbər tutmağa davam edərsə, o zaman biz cavab verməyə məcbur olacağıq. Güzəştə hazır olmamaq Ukraynaya bir sıra ərazilər bahasına başa gələcək", Putinin köməkçisi vurğulayıb.