• 19 May 2024
logo
Traktor Fulada qarşı qalib gəlib

Traktor Fulada qarşı qalib gəlib

Dünən axşam mayın 6-ı keçirilmiş Traktor və Fulad komandalarının qarşılaşması 2-0 nəticəsi ilə sona çatıb.

Gunaz.tv

Qarşılaşma İranın premier liqasının 26-cı həftə yarışları çərçivəsində keçirilib.

Saat 19:30-da keçirilmiş qarşılaşma Fulad Futbol Komandasının evsahibliyi ilə Xozistan Əyalətinin mərkəzi Əhvaz şəhərində keçirilib.

Yarışın ilk yarısının 14-cü dəqiqəsində Rikardo Alvezin ötürməsi ilə Şüca Xəlizadə qol vuraraq Traktor 1-0 irəli düşüb.

Oyunun ikinci yarısı 87-ci dəqiqəsində Rikardo Alvez əks hücum edərək Fuladın qapısına 2-ci qolu vurub.

Bununla da Rikardo “Azərbaycan qırımızı formalılarının ulduzu” ləqəbini qazanıb.

Güney Azərbaycanın Traktor Futbol Komandası bu qələbə ilə balını 44-ə artırmaqla liqada dördüncü yerini qoyuya bilib.