• 19 Mart 2024
logo
FHN Türkiyədən 20 psixoloq dəvət etdi

FHN Türkiyədən 20 psixoloq dəvət etdi

FHN tərəfindən müharibədən və erməni terrorundan fiziki-mənəvi zərər görmüş vətəndaşlara psixoloji yardım davam etdirilir.
Baymedia.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında FHN-in psixoloqu Brilyant Abdullayeva deyib.
O bildirib ki, FHN-in dəvəti ilə Türkiyədən Azərbaycana yenidən psixoloqlar gəlib:
“Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, qazilərin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyədən ölkəmizə 20 nəfərdən artıq peşəkar psixoloq dəvət olunub. Onlar FHN-in mütəxəssisləri ilə birgə fəaliyyətlərini davam etdirirlər".
Psixoloqun sözlərinə görə, bugünədək ümumilikdə 1583 vətəndaşa xidmət göstərilib:
“Həmçinin, 259 uşağa 4072 seans psixoloji yardım olunub. Hazırda Bakı, Gəncə, Naxçıvan, Bərdə, Xaçmaz və Cəlilabad şəhərlərində ödənişsiz həyata keçirilən psixoloji yardım üçün vətəndaşlar Nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər”.