“Bakı şəhərinin Xətai rayonun ərazisində fəaliyyət göstərən Əhmədli bələdiyyəsinin inzibati binasında rəhbərlik etdiyim QHT-nin növbəti görüşünü keçirdik. Layihəmiz Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi verdiyi "Bələdiyyə vətəndaş münasibəti: Yeni tələblər” layihəsinin icrası ilə bağlı idi”
Bu açıqlamanı mətbuata Ədalət, Hüquq, Demokratiya, (ƏHD) Partiyasının sədr müavini, QHT sədri, AXC TV-nin baş redaktoru Niyaməddin Orduxanlı bildirib.
Onun sözlərimə görə Xətai rayonun ərazisində faliyyət göstərən ikinci görüş də çox yüksək səviyyədə təşkil olunmuşdu:” Məlumat üçün deyim ki, Xətai rayonunda iki bələdiyyə var. Hər iki bələdiyyənin rəhbərləri, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları ilə görüşmüşük. Əlbəttə bizim təşkilata bu şəraiti yaratdığına görə, ilk olaraq
rayon icra hakimiyyətinin başçısı hörmətli Rafiq müəllim Quliyevə təşəkkürümü bildirirəm. Həmçinin də Əhmədli bələdiyyəsinin sədri Allahverdi Həsənliyə də təşəkkürümü çatdırıram. Bu dəfəki görüşdə icra başçısının Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kamal Quluzadə də iştirak edirdi. 25 nəfərin iştirak etdiyi görüşdə əsasən lahəmizin istiqaməti barədə geniş məlumat verdim. Layihənin əsas istiqaməti bələdiyyə rəhbərliyinin, bələdiyyə qulluqçularının , bələdiyyə üzvlərinin və bələdiyyənin vergi yığanlarının vətəndaşlarla münasibətlərin çox yüksək səviyyədə olmasından bəhs etdim. Layihə sırf maarifləndirilməni əsas götürür. Layihə çərçivəsində rayonunda 3 görüş nəzərdə tutmuşuq. Həmçinin də televiziya kanalında layihə barədə 4 verlişin çəkiıməsi həyata keçiriləcək. “
Niyaməddin Orduxanlının bildirdiyinə görə, Xətai rayonu Bakı şəhərinin ən nümunəvi rayonlarından biridir:” Əhmədli qəsəbəsində Xətai rayonunun icra hakimiyyətinin gördüyü işlərin canlı şahidi oldum. Qəsəbənin böyük ərazsində asvalt örtükləri yenilənmişdi. Tədbirdə çıxış edən bələdiyyə sədri Allahverdi müəllim də görülən işlərdən və qəsəbədə 26 məhəllənin 22-də yeni asvalt örtüyünün dəyişdirilməsindən danışdı. Həmçinin də bələdiyyə sədri bildirdi ki, son 3 ildə Əhmədli bələyyəsinin vətəndaşlardan vergi yığımını dəfələrlə yüksəlib. Həmçinin bələdiyyələrin üzərinə düşən vəzifələr və görülən işlərdən çox geniş formada danışıldı. Ölkəmizdə Bələdiyyə səlahiyyətlərinin hansı səyyədə olduğu da geniş müzakirə olundu. Onun da əlavə edim ki, Əhmədli bələdiyyəsinin 110 ha yaxın ərazisi və 20 minə yaxın əhalisi var”.
QHT sədri Niyaməddin Orduxanlının dediyinə görə, görüşdə Azərbaycanda 1999-cu ildən yaradılmış bələdiyyə institutundan da danışılıb: “Bələdiyyə çox önəmli bir institutdur. Azərbaycanda yerli özüniidarə etmənin 26 illik tarixi var. İlk olaraq 2700 bələdiyyyə fəaliyyət göstərirdi. Ancaq indi bu bələdiyyələr birləşərək 685 yendirilib. Xətai bələdiyyəsi də ilk yaranan bələdiyyələrdəndir. Dövlətimizin inkişaf üçün mütləqdir ki, bələdiyyə institunun səlahiyyət və imkanları genişləndirililsin. Bizim təşkilatın əsas fəaliyyəti də by istiqamətdədir. Bələdiyyələrin büdcələrinin formaşadırılması yığılan vergilərlə formalaşdırılır. Vətəndaşları bələdiyyə yığımına cəlb etməliyik. Maarifləndirmə işlərini daha da artırmalıyıq. Layihəyə uyğun olaraq Xətai rayonunda fəaliyyət göstərən bələdiyyələrlə keçirdiyimiz görüş və rayonda görülən işlər barədə internet televiziyasında məlumat yayılacaq. Həmçinin də ölkə mediasında və sosial şəbəkələrdə geçirilən görüş barədə geniş məlumatlar veriləcək" Layihənin sonunda keçirlən tədbirlərlə bağlı QHT-lərə Dövlət Agentliyinə hesablar təqdim olunacaq.”