• 27 İyul 2024
logo
Məşhur türk serialında Azərbaycan mahnısı – Video

Məşhur türk serialında Azərbaycan mahnısı – Video

Türkiyədə izlənmə rekordu qıran, reytinqlərdə ilk sıralarda qərarlaşan “Yarğı” serialında Azərbaycanın xalq mahnısı səsləndirilib.

Baymedia.az xəbər verir ki, ekran işinin 19 may tarixində yayımlanan 94-cü bölümünün son səhnəsində “Sarı gəlin” mahnısı yer alıb.

Qeyd edək ki, mayın 26-ı final edəcək serialın baş rollarını Kaan Urgancıoğlu və Pınar Dəniz canlandırır. Ekran işinin ssenari müəllifi Səma Ərgənəkondur.