• 3 Oktyabr 2022
logo
ABŞ hərbi gəmiləri Tayvan boğazında

ABŞ hərbi gəmiləri Tayvan boğazında

Yaxın vaxtlarda ABŞ-a məxsus döyüş gəmiləri və təyyarələri Tayvan boğazından keçəcək.
Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Hind və Sakit okean məsələləri üzrə koordinatoru Kurt Kempbell deyib.
“Vaşinqton Pekinin sabitliyi pozmaq cəhdlərinə qarşı Tayvanı dəstəkləmək üçün sakit və qətiyyətli addımlar atmağa davam edəcək. Bu addımların bir hissəsi olaraq ABŞ yaxın həftələrdə Tayvan boğazından standart hava və dəniz keçidlərini tətbiq edəcək. Bundan başqa, Tayvanla ticarət danışıqları üçün yeni yol xəritəsi üzərində işləyirik. Bölgədəki varlığımız, mövqeyimiz və hərəkətlərimizlə Pekinin təxribatçı, həmçinin sabitliyi pozan davranışlarına qarşı Sakit okeanın qərb hissəsində vəziyyəti sabitləşdirməyə çalışacağıq”, - Ağ Ev rəsmisi bildirib.