• 1 İyul 2025
logo
Sanksiyalar “Ermənistan”ı da vurdu

Sanksiyalar “Ermənistan”ı da vurdu

“Ermənistan” hava yolları şirkətində təyyarə çatışmazlığı özünü göstərir.
Bu barədə “Ermənistan” aviaşirkətinin direktoru Gevorq Xaçatryan deyib.
O bildirib ki, Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən bəzi icarəçilər öz təyyarələrini geri çağırmağa başlayıblar. Bu isə bir çox aviaşirkətdə, o cümlədən “Ermənistan”da təyyarə çatışmazlığına səbəb olub.
Xaçatryan xüsusilə Moskvaya reyslərin təxirə salınması və gecikməsinin səbəbini bununla izah edib.