• 28 Mart 2024
logo
Boris Conson: “Ukraynanın G7-nin dəstəyinə və qətiyyətinə çox ehtiyacı var”

Boris Conson: “Ukraynanın G7-nin dəstəyinə və qətiyyətinə çox ehtiyacı var”

Britaniya Ukraynaya dəstək verməyə davam edəcək.
Bu barədə Britaniyanın Baş naziri Boris Conson "Twitter"də bildirib.
"İndi Ukraynadan imtina etmək zamanı deyil, onların G7-nin dəstəyinə və qətiyyətinə hər zamankından daha çox ehtiyacı var.
Britaniya Ukraynanı hər addımda dəstəkləməyə davam edəcək, çünki biz bilirik ki, onların təhlükəsizliyi bizim təhlükəsizliyimiz, azadlığı isə bizim azadlığımızdır", Britaniya hökumət başçısı vurğulayıb.