• 27 İyun 2022
logo
Putin Rusiya FHN-ə yeni rəhbər təyin edib

Putin Rusiya FHN-ə yeni rəhbər təyin edib

Rusiya prezidenti Vladimir Putin Rosqvardiyanın direktor müavini general-mayor Aleksandr Kurenkovu Fövqəladə Hallar Nazirliyinin rəhbəri təyin edib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Rusiya Prezidenti Vladimir Putin öz fərmanı ilə general-mayor Aleksandr Vyaçeslavoviç Kurenkovu Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri təyin edib”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Rusiya FHN-nin keçmiş rəhbəri Yevgeni Ziniçev 2021-ci il sentyabrın 8-də Norilskdə kinorejissor Aleksandr Melniki xilas etməyə çalışarkən faciəvi şəkildə dünyasını dəyişib.