• 19 Aprel 2024
logo
Lavrovun müavini: “Rusiya Ukraynaya hücum etməyəcək”

Lavrovun müavini: “Rusiya Ukraynaya hücum etməyəcək”

İndi Avropada tam hərbi əməliyyatlar indi qeyri-mümkündür.
Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
“Mən əminəm ki, Avropada və ya başqa haradasa baş verə biləcək genişmiqyaslı müharibə riski yoxdur. Moskvaya NATO-nun genişlənməsinə moratorium qoyulması deyil, Gürcüstan və Ukraynanın Alyansa üzv olmayacağına dair aydın təmnatlar lazımdır”, - rusiyalı diplomat Valday klubunda çıxış edərkən vurğulayıb.
O, Rusiyanın heç bir aqressiv addım atmayacağını da vurğulayıb: “Biz Ukraynaya hücum etməyəcəyik və işğal etməyəcəyik”.