• 22 İyun 2024
logo
Helikopter qəzası ilə bağlı cinayət işi açıldı

Helikopter qəzası ilə bağlı cinayət işi açıldı

İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb.

Baymedia.az xəbər verir ki, bu barədə İranın Ədliyyə və Məhkəmə Sisteminin sözçüsü Əsgər Cahangir mətbuat konfransında deyib.

“Prezident İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı silahlı qüvvələrin məhkəmə təşkilatında cinayət işi açılıb. İş hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən izlənilir”, - deyə Cahangir bildirib.

Xatırladaq ki, mayın 19-da İran prezidentini və ölkə nümayəndə heyətinin üzvlərini daşıyan helikopter qəzaya uğrayıb. Bu qəzada Prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və bir neçə rəsmi şəxs həlak olub.