• 27 İyul 2024
logo
Ərdoğanın ABŞ-a səfəri gözlənilir - KİV

Ərdoğanın ABŞ-a səfəri gözlənilir - KİV

ABŞ Konqresi Ankaraya F-16 qırıcılarının satışına dair sazişi təsdiqlədikdən sonra Türkiyə və ABŞ ikitərəfli siyasi təmasları, o cümlədən enerji və ticarət sahəsində əməkdaşlığı intensivləşdirir. Gündəliyə yüksək səviyyəli, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfərləri də daxildir.

Baymedia.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

“İndi tərəflər sövdələşmənin həyata keçirilməsi proseduru ilə bağlı danışıqlara başlayacaq, xüsusən, üç memorandumun hazırlanması, təyyarələrin çatdırılma tarixlərinin və döyüş təyyarələri üçün modernləşdirmə dəstlərinin, qiymət parametrlərinin müəyyənləşdirilməsi planlaşdırılır. İlkin işlərin nəticələrinə əsasən, Türkiyə ilə ABŞ arasında bütün razılaşmaları birləşdirəcək hökumətlərarası sazişin imzalanması gözlənilir. Ankara və Vaşinqton arasında yenidən etimad fonunda iki ABŞ nümayəndə heyətinin enerji, ilk növbədə bərpa olunan enerji, ticarət sahəsində əməkdaşlıq məsələlərini müzakirə etmək üçün yazda Türkiyəyə səfəri gözlənilir. Bu səfərdə ABŞ-ın 50-yə yaxın ən böyük şirkətinin rəhbərliyinin iştirakı da gözlənilir. Buna cavab olaraq Türkiyədən xarici işlər naziri Hakan Fidanın, ardınca isə Ərdoğanın səfəri planlaşdırılır. Belə bir səfərin Vaşinqtonda NATO sammitinin planlaşdırıldığı iyulda baş tutması mümkündür”, - məlumatda deyilir.

Qeyd edək ki, fevralın 11-də ABŞ-ın Ankaradakı səfiri Fleyk Türkiyənin 40 ədəd yeni F-16 və 79 ədəd modernizasiya dəstini almasını Konqresin təsdiqlədiyini açıqlayıb. Türkiyə lideri Ərdoğan bu məlumatı fevralın 12-də təsdiqləyib.