• 20 Sentyabr 2026
logo
Türkiyədə dağıntılar altından 1874 uşaq çıxarılıb

Türkiyədə dağıntılar altından 1874 uşaq çıxarılıb

Türkiyədə 6 fevralda baş vermiş zəlzələlərdən sonra dağıntılar altından 1 874 kimsəsiz uşaq çıxarılıb.

Baymedia.az xəbər verir ki, məlumatı Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi yayıb.

Bildirilib ki, 1 353 uşaq ailələrinə təhvil verilib. Eyni zamanda 99 uşaq azyaşlılar üzrə müəssisələrin himayəsinə göndərilib.

Hazırda zəlzələ zamanı xəsarət alan 422 uşağın müalicə prosesi davam edir.

Uşaqlardan 1 768-nin şəxsiyyəti müəyyən olunub, 106-nın şəxsiyyəti naməlumdur.

Qeyd edək ki, zəlzələ nəticəsində 43 556 nəfər ölüb.