Ərdəbil həbsxanasında məhkum olan ana dili hərəkatı fəalı, siyasi məhbus Abbas Lisani aclıq aksiyası keçirəcəyi barədə xəbərdarlıq edib.
Baymedia.az xəbər verir ki, o, bu barədə ailəsi ilə qısa telefon danışığı zamanı bildirib.
“Təhlükəsizlik qurumlarının müalicə olmagıma maneəçiliyi davam etsə, hüquqlarımın pozulmasına etiraz olaraq aclıq aksiyasına əl atmaqdan başqa yolum qalmayacaq”, - Lisani deyib.
Qeyd edək ki, son günlər əfv sərəncamının verilməsinə baxmayaraq, Abbas Lisani həbsdə saxlanılır və onun müalicəsi ilə bağlı tibbi məzuniyyətə buraxılmasına icazə verilmir.