• 20 Sentyabr 2026
logo
FHN-çilərin xilasetmə əməliyyatlarından yeni - Video

FHN-çilərin xilasetmə əməliyyatlarından yeni - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər. Baymedia.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumata görə, FHN-in qüvvələri bu vaxtadək Qəhrəmanmaraş və Hatay bölgələrində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından ümumilikdə 53 nəfəri sağ, 780 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.