• 20 Sentyabr 2026
logo
FHN-çilər tapdıqları qızılları türk polisinə təhvil verdi - Video

FHN-çilər tapdıqları qızılları türk polisinə təhvil verdi - Video

Türkiyənin Hatay bölgəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən aparılan axtarış-xilasetmə əməliyyatları zamanı dağıntılar altından tapılan qızıl və zinət əşyaları yerli polisə təhvil verilib. Bu barədə Baymedia.az-a FHN-dən bildirilib. FHN-in xilasediciləri Türkiyənin iki bölgəsində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir. Qeyd edək ki, Türkiyədə zəlzələdə həlak olanların sayı 41 min 20 nəfərə çatıb.