• 25 Aprel 2024
logo
Konqresmenlərdən Türkiyəyə F-16 şərti...

Konqresmenlərdən Türkiyəyə F-16 şərti...

ABŞ-da 27 senatorun imzası ilə prezident Co Baydenə Türkiyə əleyhinə məktub ünvanlanıb.
Baymedia.az xəbər verir ki, bu barədə “Milliyət” məlumat yayıb.
“İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləyənə qədər Konqres Türkiyəyə 20 milyard dollarlıq F-16 satışını dəstəkləyə bilməz. NATO-ya üzvlük protokolları Türkiyə tərəfindən təsdiqləndikdən sonra Konqres F-16-ların satışını nəzərdən keçirməlidir. Bunlara əməl etməmək satışla bağlı şübhələrin yaranmasına səbəb ola bilər”, - məktubda bildirilib.