• 28 Mart 2024
logo
Güneyli rejissor Xoy zəlzələsi ilə bağlı çağırış  etdi

Güneyli rejissor Xoy zəlzələsi ilə bağlı çağırış  etdi

Güney Azərbaycandan olan tanınmış rejissor Məhəmməd Əlimuradi Xoyda baş verən zəlzələ ilə bağlı çağırış edib.
Baymedia.az xəbər verir ki, rejissor zəlzələ baş verən bölgədə durumun ağır olduğunu, yetərli çadır, istilik avadanlığı və başqa ləvazimatın olmadığını bildirib.
O, hakimiyyət orqanlarının fəaliyyətinin yetərsiz olduğuna toxunaraq, azərbaycanlılardan mümkün qədər vacib ehtiyacların ödənilməsi üçün yardım etmələrini xahiş edib.
"Havaların soyuq keçməsi və qar yağmasının yaratdığı şəraitə uyğun olaraq zəlzələdən zərər çəkən Xoy əhalisinin təcili olaraq istilik cihazları ilə təchiz olunmuş müvəqqəti sığınacaqlara ehtiyacı var. Sözsüz ki, sığınacaqlar, istilik qurğuları olmasa, zəlzələdən zərər çəkmiş insanların həyatı çox çətin olacaq və biz bu ərazilərdə böhranların şahidi olacağıq. Buna görə də, səlahiyyətlilərin bir plan düşünməsi və Xoy əhalisinin vacib ehtiyaclarını mümkün qədər tez təmin etməsini tələb edirik”, - Məhəmməd Əlimuradi bildirib.