• 29 Mart 2024
logo
İranda etiraz aksiyaları başladı

İranda etiraz aksiyaları başladı

Yanvarın 27-i günorta saatlarından başlayaraq İranı sünni məzhəbli etnik bəlucların yaşadığı Sistan və Bəlucistan əyalətinin bir neçə şəhərində etiraz aksiyaları başlayıb.
Baymedia.az xəbər verir ki, cümə namazından sonra Zahidan, Rask və Dezab şəhərlərinin küçələrinə axışan bəluclar hökumət əleyhinə şüarlar səsləndiriblər.
Bəlucların nüfuzlu din xadimi Mövləvi Əbdülhəmidə qarşı təzyiqləri pisləyən etirazçılarla hökumət qüvvələri arasında qarşıdurma olub.
Dezab şəhərində sünni din xadiminin evinin mühasirəyə alındığı və etirazçılara atəş açıldığı, bir neçə nəfərin güllə yarası aldığı bildirilir.