• 20 Sentyabr 2026
logo
Çanaqqala sahillərində güclü zəlzələ baş verdi

Çanaqqala sahillərində güclü zəlzələ baş verdi

Egey dənizinin Çanaqqala sahillərində 4,6 bal gücündə zəlzələ baş verib.
Baymedia.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, Çanaqqalanın Ayvacıq rayonundan 17 kilometr aralıda baş verən zəlzələ yerin 7 kilometr dərinliyində qeydə alınıb.
Yeraltı təkanlar Çanaqqala, Balıkəsir, Manisa və İzmirdə hiss edilib.