• 20 Sentyabr 2026
logo
ABŞ-ın hərbi büdcəsi İrana qarşıdır – Tehran

ABŞ-ın hərbi büdcəsi İrana qarşıdır – Tehran

ABŞ-ın müdafiə büdcəsi İranın təhlükəsizliyinə təhdid yaradır.

Baymedia.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

“Bu qanunun antiiran məzmunu ABŞ-ın İrana qarşı düşmənçilik, təxribatçı və müdaxiləçi baxışlarının və siyasətlərinin davam etməsini, həmçinin iranofobiyanı yaymaq və İranın təhlükəsizliyinə təhdid yaratmaq cəhdlərini əks etdirir”, - Kənani bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden 2023-cü maliyyə ili üçün 858 milyard dollarlıq müdafiə büdcəsini imzalayıb.