• 20 Sentyabr 2026
logo
İranda həbsxanada qarşıdurma: ölənlər var

İranda həbsxanada qarşıdurma: ölənlər var

Dekabrın 17-si axşam saatlarında Kərəc şəhərindəki həbsxanada məhbuslarla nəzarətçilər arasında qarşıdurma baş verib.
Baymedia.az xəbər verir ki, həbsxanaya xüsusi təyinatlı qüvvələr yeridilib.
Qarşıdurma nəticəsində bir məhbus öldürülüb, 100-ə yaxın məhbus yaralanıb.
İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, qarşıdurmaya həbsxanada saxlanılan edam cəzasına məhkum edilmiş məhbusların hökmün icrasının sürətləndirilməsinə qarşı etirazları səbəb olub.