Türkiyədə istehsal edilən ilk T70 helikopteri Jandarma Baş Komandanlığının istifadəsinə verilib.
Baymedia.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Məlumata görə, helikopterdən yanğınsöndürmə, axtarış-xilasetmə, şəxsi heyətin daşınması və digər hərbi tapşırıqlarda istifadə edilməsi nəzərdə tutulur.