• 29 Mart 2024
logo
İranda polislə toqquşma: ölən və yaralananlar var

İranda polislə toqquşma: ölən və yaralananlar var

Sistan və Bəluçistan əyalətinin Çabahar şəhərində naməlum şəxslərlə yol polisi əməkdaşları arasında silahlı atışma olub.
Baymedia.az xəbər verir ki, bu sözləri əyalətin polis rəisi Məhəmməd Qənbəri mediaya verdiyi açıqlamasında deyib.
Bildirib ki, atışma nəticəsində Arif Hoti adlı polis əməkdaşı həlak olub, Bünyamin Fazili adlı polis isə ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hücumçuların hadisə yerindən qaçdıqları və onların saxlanılması üçün axtarış əməliyyatlarının başlanıldığı bildirilir.