İsveç PKK üzvü olan Mahmud Tatı Türkiyəyə ekstradisiya edib.
Baymedia.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, M.Tat 2015-ci ildə İsveçə gedib və sığınacaq üçün müraciət edib. Lakin ona rədd cavabı verilib.
PKK üzvü bir müddət əvvəl İsveç polisi tərəfindən saxlanılıb. Haqqındakı prosedurlar tamamlandıqdan sonra gecə saatlarında Türkiyəyə göndərilib.