• 5 Fevral 2023
logo
İranda voleybol məşqçisi edama məhkum edildi

İranda voleybol məşqçisi edama məhkum edildi

İranın Pakdəşt şəhərində yaşayan voleybol məşqçisi Fəhimə Kərimi ölüm cəzasına məhkum edilib.
Baymedia.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, Tehranda qatıldığı aksiyalarda saxlanılan Kərimi əvvəlcə Evin, daha sonra isə Xorin həbsxanasına göndərilib.
Kəriminin ailəsi bütün dünyaya çağırış edərək yardım istəyib.
Qeyd edək ki, Kəriminin 3 azyaşlı övladı var.