• 25 Aprel 2024
logo
Əminə Ərdoğan ukraynalı uşaqları ziyarət etdi

Əminə Ərdoğan ukraynalı uşaqları ziyarət etdi

Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğan Odessadan təxliyə edilən uşaqların yerləşdirildiyi uşaq evinə baş çəkib.
Baymedia.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.
“Heç kim müharibə istəmir. Biz kiminsə valideynlərini itirməsinə və ya ölkəsini tərk etmək məcburiyyətində qalmasına qarşıyıq. Arzu edirəm ki, bu müharibə mümkün qədər tez bitsin, yaralar sağalsın və hər kəs sağ-salamat evinə qayıda bilsin”, - Türkiyənin birinci xanımı bildirib.
O xatırladıb ki, Odessa uşaq evindən şagirdlərin Türkiyəyə təxliyəsi Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə görüşdə razılaşdırılıb.
Qeyd edilir ki, Əminə Ərdoğanı ailə və sosial xidmətlər naziri Dərya Yanik, Ukraynanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Vasili Bodnar və xanımı, Ukraynanın Türkiyədəki konsulu Andriy Bilyk müşayiət edib.