• 19 Aprel 2024
logo
İranda 6 güneyli fəal azadlığa buraxıldı

İranda 6 güneyli fəal azadlığa buraxıldı

Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərində 6 milli fəal həbsdən azad edilib.

Baymedia.az xəbər verir ki, etiraz aksiyaları zamanı saxlanılan İslam Fərabi, Məcid Xani, Məhəmməd Bagirnejad, Arman Şahidi, Şahin Abbas Əlizadə, Adil Məhəmməd adlı fəallar girov qarşılığında məhkəməyə qədər Marağa həbsxanasından azadlığa buraxılıblar.

Fəallara qarşı hansı ittihamların irəli sürüldüyü ilə bağlı məlumat verilməyib.