• 24 Aprel 2024
logo
İranda yenə etirazçılara atəş açıldı

İranda yenə etirazçılara atəş açıldı

Noyabrın 25-i günorta saatlarından İranın Sistan və Bəlucistan əyalətinin Xaş və Zahidan şəhərlərində etiraz aksiyaları başlayıb.
Baymedia.az “Əl-Ərəbiyyə” agentliyinə istinadən xəbər verir ki, aksiyalarda sünni məzhəbli bəluclar Məkki məscidindəki cümə namazından sonra küçələrə axışaraq, İranın dini lideri Əli Xameneiyə qarşı şüarlar səsləndiriblər.
Hökumət qüvvələri etirazçılara qarşı odlu silahlardan istifadə edib. Ölən və yaralananların olduğu bildirilir. Məmurların atəşindən müdafiə üçün etirazçılara məscidə girmələri tövsiyə olunub. Hər iki şəhərin müxtəlif məhəllələrində silah səsləri eşidilməyə davam edir.
Qeyd edək ki, Zahidanda baş verən nümayişlər zamanı 13-ü uşaq olmaqla, 93 nəfər ölüb, 300 nəfər isə yaralanıb.