• 5 Dekabr 2022
logo
Təbrizdə apteklərdə dərman tapılmır

Təbrizdə apteklərdə dərman tapılmır

Güney Azərbaycanın Təbriz şəhərində yaranan dərman çatışmazlığı nəticəsində bir çox aptekdə vacib dərmanların əldə edilməsi çətinləşib.
Baymedia.az xəbər verir ki, sosial media istifadəçilərinin yaydığı məlumatı Təbrizin Tibb Elmləri Universitetinin başçısı Bəhmən Nəqipur təsdiqləyib.
Qurum rəsmisi problemə səbəb kimi bir çox dərmanın qiymətinin kəskin bahalaşmasını göstərib:
“Problemin aradan qaldırılması üçün əlaqədar qurumlarla birgə məsləhətləşmələr aparırıq”.
Xatırladaq ki, dərman istehsalı müəssisələri xammalın vaxtında təmin olunmadığı üçün bir sıra istehsal bölmələrinin bağlandığını bildiriblər. Dərman Sənayesi Sahibləri Birliyinin başçısı Məhəmməd Əbdzadənin açıqlamasına görə, hazırda ölkədə 300 adda dərman tamamilə yoxa çıxıb, antibiotik və serum çatışmazlığı belə yaşanır.