09:05
Türkiyənin İstanbul şəhəri yaxınlığındakı Mərmərə dənizi bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib.
xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təkan yerli vaxtla saat 04:08-də (Bakı vaxtı ilə 05:08) qeydə alınıb. Nəticədə 35 nəfər yaralanıb.
Zəlzələnin episentri Düzce rayonunda, ocağı isə 6,8 km dərinlikdə yerləşib. Zəlzələ Türkiyənin İstanbul və Ankara şəhərləri daxil olmaqla şimal-qərbində hiss olunub.
***
Düzce rayonunda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 46-ya yüksəlib.
Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
***
Düzce vilayətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 50-yə çatıb.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
***
Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb.
Həmin şəxs aparıldığı xəstəxanada dünyasını dəyişib.
***
Düzce vilayətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 68-ə çatıb.
Həmçinin qeyd olunub ki, zəlzələ zamanı daha bir nəfər həyatını itirib. Beləliklə, təbii fəlakət qurbanlarının sayı ikiyə yüksəlib.
Məlumata görə, yeraltı təkanlar başlayanda 47 yaşlı Hikmet Çələbi evdən tələsik çıxmağa çalışıb. Bu zaman o, müvazinətini itirərək yıxılıb və başı pilləkənə dəyib. Çələbi dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.