İranın Qərbi Azərbaycan bölgəsində növbəti iğtişaşlar baş verib.
Baymedia.az xəbər verir, Mahabad şəhərində etirazçılarla polis əməkdaşları arasında toqquşma zamanı azı 3 nəfər ölüb.
Məlumata görə, şəhərdə keçirilən aksiyada nümayişçilər bank və dövlət binalarına hücum edərək yandırıblar.
Polis etirazçıları dağıtmaq üçün sərt müdaxilə edib.
İnsident zamanı ölənlərlə yanaşı, yaralıların da olduğu bildirilir.