• 9 Dekabr 2022
logo
Çelik: Avropa bu məsələdə Türkiyədən xeyli geridədir!

Çelik: Avropa bu məsələdə Türkiyədən xeyli geridədir!

Türkiyə Avropa İttifaqından Ukrayna böhranının həlli istiqamətində səylərini dəstəkləməsini gözləyir.
Baymedia.az xəbər verir ki, bunu Türkiyənin hakim partiyası (AK Parti) sədrinin müavini və sözçüsü Ömər Çelik bəyan edib.
“Biz hər kəsi, o cümlədən Avropa İttifaqını prezidentimizin Ukrayna probleminin həlli istiqamətində göstərdiyi səyləri dəstəkləməyə dəvət edirik. Aİ məsələləri diplomatiya yolu ilə həll etmək imkanına malikdir, lakin bu məsələdə Türkiyədən xeyli geridədir”- deyə,o bildirib.
Onun sözlərinə görə, Ukraynanın müəyyən bölgələrinin ilhaqı nəticəsində sülh yolu ilə nizamlanma perspektivləri daha da uzaqlaşıb:
“Müharibə heç nəyi həll etməyəcək, vəziyyəti daha da gərginləşdirəcək”.