• 29 Mart 2024
logo
Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Ərzincan vilayətinin Tercan rayonunda 4,2 bal gücündə zəlzələ olub.

Baymedia.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələnin yerin 7 kilometr dərinliyində meydana gəldiyi bildirilib.

Tələfat və dağıntı barədə məlumat verilməyib.