• 20 Sentyabr 2026
logo
Ərdoğandan Afinaya sərt mesaj: İzmiri unutma!

Ərdoğandan Afinaya sərt mesaj: İzmiri unutma!

Ey yunan, tarixə bax, tarixə qayıt, çox irəli getsən, bədəli ağır olacaq.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana xəbərdarlığında deyib.
“Yunanıstana bir cümləmiz var: İzmiri unutma! Vaxtı-saatı gələndə lazım olanı edəcəyik. Bir gecə qəflətən gələ bilərik”, - Ərdoğan bildirib.