Türkiyənin Diyarbəkir bölgəsində keçirilən Gürz-14 əməliyyatı çərçivəsində qırmızı kateqoriyada axtarışda olan “Hebun Piro Amed” kod adlı Zırav Taş, eyni zamanda boz kateqoriyada axtarılan “Botan” kod adlı Fəhmi Başkurd zərərsizləşdirilib.
Baymedia.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya X hesabında məlumat yayıb.
Əməliyyat çərçivəsində bir mühafizəçi yaralanıb.
Adıçəkilən terrorçuların 3 təhlükəsizlik əməkdaşı, 5 mülki vətəndaşın şəhid olduğu, 4 təhlükəsizlik əməkdaşının isə yaralandığı ümumilikdə 6 təxribatda əli olduğu bildirilib.