• 16 İyun 2024
logo
Ərdoğana sui-qəsd cəhdi bu ölkədən idarə olunub

Ərdoğana sui-qəsd cəhdi bu ölkədən idarə olunub

ABŞ-dan idarə olunan şəbəkələr ölkənin hüquq-mühafizə orqanlarının sıralarında hakimiyyətə qarşı mümkün sui-qəsddə iştirak edirlər.

Baymedia.az xəbər verir ki, bu barədə Türkiyənin “Aydınlıq” qəzeti yazıb.

“Cinayət təşkilatının 2 nömrəli adamı olduğu iddia edilən və məhkəməsi gedən Sərdar Sertçelik məhkəmə zamanı bu işdə gizli şahid olduğunu açıqlayıb. Sertçelik bildirib ki, polis onu hakim partiyanın bəzi liderlərinin adını çəkməyə məcbur edib. Sertçelikin ifadələrindən sonra polis rəisləri saxlanılaraq işdən uzaqlaşdırılıb. MİT və təhlükəsizlik qüvvələri onların Prezident Tayyib Ərdoğana qarşı sui-qəsd təşkil etdiyini müəyyən edib. Bu sui-qəsddə ABŞ yönümlü bəzi sektalar iştirak edir”, - nəşr bildirib.

Nəşrin yazdığına görə, Ankara Təhlükəsizlik Müdirliyində bəzi yüksək rütbəli məmurların iştirakı ilə FETÖ üzvləri iş vaxtından artıq işləyir, siyasətçilərə qarşı sui-qəsd təşkil edir.